Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayan Adıgözəlova Xanım Ağasəməd qızı tərəfindən prezident cənab İlham Əliyevə, daxili işlər naziri cənab Vilayət Eyvazova və digər orqanların rəhbərlərinə, bir nüsxəsi də İFADETV.COM-a ünvanlanan müraciətdə “Abşeron rayonun RPİ-nin Qobu üzrə 40-cı PB-nin təhqiqatçısı ilə dələduz dəstənin açar fiquru olan Aşağı Güzdək sakini Həşimova Nuranə Elnur qızının gizli iş birliklərinin qarşısının alınması və dələduz dəstənin əməlinə hüquqi qiymət verilməsi" barədə konkret faktlar sadalanır. Maraqlıdır ki, yerli hüquq -mühafizə orqanları əvvəlcə şikayətçiyə ərizəni tyazdırır, sonra arxayın edirlər ki, narahat olma sənin pulunu alıb verəcəyik. İki gün sonra isə təhqiqatçını və ya müstəntiqi tanımaq olmur. Sanki, iki gün əvvəl vəd verdikləri sözlər yadlarından çıxır, mövqelərini 180 dərəcə dəyişirlər. Şikayətçi vətəndaşı da qapılarda süründürürlər. Nəticədə vətəndaş da dövlətdən narazı qalır. QAZANAN İsə "sözünün üstündə duran" cənab polis zabiti olur. Müraciətdə qeyd edilənlərin dövlət və ictimai əhəmiyyətə malik olduğunu nəzərə alaraq ərizəni olduğu kimi oxucularımıza təqdim edirik:
"Çoxhörmətli cənab Prezident İlham Əliyev və Mehriban xanım! Sizin ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər biz sadə insanlara göstərdiyiniz diqqət və qayğının nəticəsidir.
Məlumat üçün bildirim ki, yaşadığımız Aşağı Güzdək qəsəbəmizdə qonşuluqda olan baldızım Çiçək gəlini – Həşimova Nuranə Elnur qızı əvvəllər çox kasıb vəziyyətdə yaşadığına görə məndən xahiş etdi ki, Nuranənin ailəsinə kömək edim. Özüm həmişə xırda ticarətlə məşğul olduğuma görə baldızım Çiçək xahiş etdi ki, Nuranəyə də bu istiqamətdə kömək edim. Mən də Nuranəyə qohum olduğu üçün əlimdə olan kosmetika-parfümeriya, müxtəlif satlıq paltarlardan verirdim ki, satıb dolansın. Verdiyim malların da mayasını gətirib versin. Təki ailəsini dolandıra bilsin. Beləliklə, 2020-ci ildən başlayaraq 2021-ci ilin martın 3-nə dək mən Nuranəyə üst üstə 16000 ( on altı min) manatlıq mal verdim ki, üstünə pul qoyub satsın və özünə qazanc götürsün. Lakin o müxtəlif bəhanələrlə ( guya müştəriləri əldən buraxmamaq üçün nisyə mal payladığını və s. ) məndən realizə etmək üçün bu qədər malı alıb satmış və bütövlüklə pullların hamısını mənimsəmişdir. Mən dəflərlə ondan ya verdiyim malları, ya da pulunu tələb etsəm də Nuranə əvvəl bəhanələr uydurdu. Sonra dedi ki, ərim Yasin yerli Polislərlə əlbir işləyir, get kimə istəyirsən şikayət et qorxmuram. Sonra isə mənim əl çəkmənməyimi görüb evimə gəldi və dedi ki, evə uksus alıb qoymuşam. Məndən bir də pul tələb etsən uksusu içib özümü öldürəcəm və yazıb qoyacağam ki, Xanıma görə özümü öldürmüşəm. Doğrusu Nuranənin mənə qarşı şantajından qorxdum. Amma gördüm ki, bu adam A.Güzdək qəsəbəsində məni kimi çox adama qarşı müxtəlif dələduzluqlar edib. Aldadır pullarını, mallarını əlllərindən alır.
Ona görə də 2022-ci ildən başlayaraq bu dələduz qadından polisə və yuxarı orqanlara şikayətlər etdim. Xırdalan şəhərindəki Abşeron RPİ-dən mənə bildirdilər ki, ərizə ilə ərazi üzrə Qobu qəsəbəsində yerləşən 40-cı PB-nə müraciət edim. Mən də ərizə yazdım. Bir neçə gün sonra A. Güzdək qəsəbə sahə müvəkkili İqballa 40-cı PB-nin polis zabiti Mütallim ( mob. 050-308 36 36) birlikdə evimizə gəldilər. Və bildirdilər ki, bu iş məhkəməlikdir. Dedim ki, bu barədə bizə rəsmi arayış ver. Dedilər ki, heçnə vermirik. Mənə o dəqiqə aydın oldu ki, əvvəl mənə yazılı ərizə yazmağımı tələb edən bu polislər bu 2-3 gün müddətində Nuranə ilə necə anlaşıblarsa indi də mənə deyirlər ki, bu iş məhkəməlikdir. Əvvəl isə 40-cı PB-də deyirdilər ki, narahat olmayım. Nuranə sənin 16000 manatını qaytaracaq. Amma bunun əksini gördük. Polislə dələduz necə anlaşdısa mən qaldım kənarda. Onu da xatırladım ki, dələduz Nuranənin əri Yasin 2020-ci ildə Xırdalan dairəsi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində baş vermiş oğurluq hadisəsinə görə saxlanılmışdır. Nuranə də o vaxt gəlib mənə yalvardı ki, Yasini polisdən qurtarmaq üçün pul verim. Mən də 1000 manata qədər pul düzəldib verdim. Yasin çıxdı, qalan iki nəfəri isə həbs etdilər.
Budur, Nuranə son illər Güzdək qəsəbəsində çox adamdan müxtəlif adlar altında pullar alıb qaytarmır. Hazırda da Nuranə Xırdalan şəhərində işləyən dövlət məmuruna arxalanaraq guya onun köməkliyilə yerli sakinlərə sosial işlər, pensiya adı altında 300-400 manatdan pullarını alıb dələduzluq etməklə məşğuldur. Şəxsən mənə də 2021-ci ildə təklif etdi ki, sosial iş olan 300 manat alacaq adamlar tap gətir, onlardan 300 manat alaq bunun 100 manatı sənin olsun. Razılaşmadım. Amma belə iş üçün qaynım qudasından 400 manat aldı. Sabirin JEK-də işləyən yoldaşından da, Şotuğun həyat yoldaşından da, Ramildən də 400 manat alıb aldatmışdır. Sonra Həvva adlı qadından da 500 manatını alıb aldatmışdı. Amma Həvva dəflərlə Nuranənin evinə gəlib təzyiq edib pulunu geri ala bildi. Bu hələ bizə məlum olan faktlardır. Amma Nuranənin dələduzluna rast gələn yüzlərlə insan var.
2022-ci ildə Nuranə evimizə gəlib ağladı ki, bəs xalam oğlu ( Səməndərin oğlu) FURA yük maşınını ərim Yasinlə şərikli almaq istəyir ona görə bizə 5000 manat pul ver. Biz də vermədik.
Mən Nuranənin dələduzluğu barədə dəflərlə yuxarı orqanlara və Qobu 40-cı PB-nə şikayətlər etdim. Dəfələrlə DİN-nin 102 xidmətinə zəng edib şikayətimi bildirdim. Onlar da baxılacaq deyirdilər. Doğrudur, Baş Prokurorluqdan, DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsindən, Abşeron rayon prokurorluğundan cavab məktubları gəlib ki, şikayətimə bvaxılsın. Amma faktiki olaraq heç bir tədbir görülmür. Hətta yerli polis azacıq da olsa qanuna riayət edib bizə formal cava da vermirlər ki, dəlduzluq cinayətini ört basdır etsinlər.
Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq dövlətimizin başçısı çoxhörmətli İlham Əliyevdən, baş prokuror cənab Kamran Əliyevdən və daxili işlər naziri cənab Vilayət Eyvazovdan çox xahiş edirik ki, Nuranənin özü və ailəsi tərəfindən bizim əmlaklarımızın qanunsuz mənimsənilməsilə bağlı hazırda Abşeron rayon Polis İdarəsinin 40-cı PB-də müstəntiq Mutalimlə dələduz Nuranənin ailəsi və Xırdalan şəhərində ona himayədarlıq edən dövlət məmurundan ibarət dələduz dəstə ilə gizli sövdələşməsinin dərahal qarşısının alınmasına və aparılan formal araşdırmanın digər savadlı, peşəkar və nəfsitəmiz müstəntiqlə həvalə edilərək davam etməsinə köməklik göstərəsiniz ki, mən də mənim kimi digər aldadılmış qəsəbə sakinləri də pullarımızı geri ala bilək. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Qoşma sənədlər: 6 vərəq.
Hörmətlə, Xanım Adıgözəlova.