VƏ YAXUD, QANUN İNSANLAR ÜÇÜNDÜR, CİNAYƏTKARLAR ÜÇÜN DEYİL!
19 iyul 2024-cw il tarixli sayımızda Qəbələ rayon Mıxlıqovaq kənd sakini olmuş Nurlan Abdullayevin şəxsi əmlakının Əmlak Məslələri Dövlət Xidmətinin 9 saylı Ərazi İdarəsinin məmurları tərəfindən necə saxtakarlıqla ona verilmiş çıxarışa rəğmən, rüşvət müqabilində digər kənd sakininə rəsmi sənədlərlə vermələri barədə dövlət başçısına və digər aidiyyatı orqanlara etdiyi müraciəti biz də redaksiya olaraq “Əmlak Məslələri Dövlət Xidmətinin 9 saylı Ərazi İdarəsində bir yerə saxta çıxarış vermək üçün nə qədər rüşvət alıblar?” başlıqla dərc etmişdik.
(Link əlavə edilir:
https://ifadetv.com/5672-emlak-mesleleri-dovlet-xidmetin-9-sayli-erazi-idaresinde-bir-yere-ikinci-saxta-cixaris-vermek-ucun-ne-qeder-rusvet-aliblar-prezidente-muraciet.html
Məsələnin dövlət və ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq təqdim edilən faktların araşdırılması və hüquqi qiymətin verilməsi üçün redaksiyamız tərəfindən 20 iyul və təkrar olaraq 18 avqust 2024-cü il tarixlərində rəsmi müraciətlər olmuşdur. Çox təəssüflər olsun ki, nə İqtisadiyyat Nazirliyi, nə Əmlak Məslələri Dövlət Xidmətinın Baş İdarəsi, nə də hüquq –mühafizə orqanları tərəfindən müraciətlərimizə bu günədək nədənsə cavab verilməmişdir. Ona görə bir daha xatırlatmaq istəyirik ki, vətəndaşların mülkiyyətinin rüşvət müqabilində digər şəxsə sataraq ona ikinci çıxarışın verilməsi halı Əmlak Məslələri Dövlət Xidmətinin 9 saylı Ərazi İdarəsinin məmurlarının sevimli məşğuliyyətidir desək, yəqin ki, yanılmarıq. Təkcə bizim redaksiyaya belə hallarla bağlı bir neçə oxşar müraciətlər edilmişdir. Redaksiyamıza olan əvvəlki müraciət də Qəbələ rayonun Dizaxlı kəndində yaşamış Aida Əliyevanın ( Şirinovanın) başına gətirilənlər, elə eynilə Nurlan Abdullayevin başına gətirilən korrupsiya faktı ilə eynilik təşkil edir. Bir az da diqqətlə paralellər aparsaq görərik ki, burada da korrupsiyalaşmış məmur üslubu eyni formada özünü göstərir. Və hər iki halda Əmlak Məslələri Dövlət Xidmətinin 9 saylı Ərazi İdarəsinin məmurları vətəndaşın pay torpağı olan 0.50 ha torpaq sahəsi olan mülkünü rüşvət müqabilində digər fiziki şəxsə torpağın şəhadətnaməsini verməklə Aida Əliyevaya qarşı saxta sənədləşmə, qulluq mövqeyindən süi-istifadə, rüşvət alma və dələduzluq etməklə mülkiyyət hüququndan məhrum etmişlər. 2018-ci ildə A.Əliyevanın yuxarı orqanlara çoxsaylı şikayətlərinə məhəl qoyulmadığına görə o Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh qismində Əmlak Məslələri Dövlət Xidmətinin 9 saylı Ərazi İdarəsini qoyaraq mülkiyyət hüququn bərpa olunmasını tələb etmişdir. Maraqlı burasıdır ki, Şəki İnzibatı Məhkəmənin 26 sentyabr 2018-ci il tarixli, iş n-2-1(84)-727/2018 saylı çox düzgün və əsaslı qərar qəbul edərək iddianı təmin etsə də, cavabdeh tərəf qərarın icrasını 11 aydan sonra məcburi olaraq yerinə yetirmək zorunda qalmışdır ( və təbii ki, aldığı rüşvəti geri qaytarmaqla)
Biz, korrupsiyalaşmış mütəşəkkil dəstənin Qəbələ rayonunda vətəndaşlara qarşı necə dələduzluq etmələrini təsdiq edən faktlardan ikincisini- Aida xanımın necə 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyətinin başqasına verilməsi və uzun müddət süründürməçiliyə məruz qalmasını əks etdirən müraciətini olduğu kimi oxuculara təqdim edirik:
https://ifadetv.com/101-9-sayli-qebele-erazi-daresinde-zabit-anasinin-torpagi-saxta-senedlerle-nece-menimsenilib.html
9 saylı Qəbələ Ərazi İdarəsində zabit anasının torpağı saxta sənədlərlə necə mənimsənilib?
Tarix: Bölmə: SosialBaxılıb: 2 028Bakı şəhəri, Xətai rayonu, M.Hadi küç.,ev 86, m.58-də yaşayan Şirinova Aida Əşrəf qızı və Əliyev Araz Ramiz oğlu tərəfindən yuxarı direktiv orqanalara və bir nüsxəsi də ifadetv.com saytına ünvanlanmış şikayət məktubunda DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi əməkdaşlarının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi və torpağın mülkiyyətlərinə qaytarılmasilə bağlı məhkəmə qərarının dərhal icra olunması xahiş olunur.
Zabit anasının şikayətini olduğu kimi oxuculara təqdim edirik:
"Ailəmizin pozulmuş hüquqlarının bərpası üçün Şəki İnzibati-iqtisad Məhkəməsinə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “JN seriyalı 146 A (kod 40606018) nömrəli bizim mülkiyyətimizdə olan torpağın DƏDRX-nin 9 saylı Ərazi İdarəsi əməkdaşlarının saxtakarılqla Mübariz Əliyevin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi irəli sürmüşük. 26 sentyabr 2018-ci il tarixli, iş n-2-1(84)-727/2018 saylı çox düzgün və əsaslı qərar qərar qəbul edərək iddiamızı təmin etmişdir.
Xatırladım ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsindəki arxiv arayışında isə subyekt siyahısında bizm adımıza 146 nömrə ilə qeydə alınmış 0.50 ha torpaq sahəsinə qaynım Əliyev Mübarizin adına saxta mülkiyyət sənədi hazırlanmışdır.Ki., bu sənəd də 23 yanvar 2019-ci il tarixli AR DƏK-nin verdiyi rəsmi cavab məktubunda iddiamızın təmin olunduğu məhkəmə qərarının 9 saylı Ərazi İdarəsi tərəfindən icra edilməsi bildirilir. Lakin çox təəssüflər olsun ki, sözügedən idarəyə rəsmən bu ilin( 2019) mart ayında məhkəmə qərarının icra edilməsi və bizə məxsus 0.50 ha sahəyə mülkiyyət sənədinin verilməsilə bağlı etdiyimiz müraciətə cavab olaraq İdarə rəisi Anar müəllim tərəfindən bildirilir ki, sizə məxsus 0.22 ha pay torpağına dair əmlaka çıxarış verə bilərik. Amma məhkəmənin qeyd etdiyi 0.50 ha ərazi üçün gərək yenidən məhkəməyə müraciət edəsiniz ki. biz ona da çıxarış verə bilək. Hal hazırda mənim Qəbələ rayon, Dizaxlı kənd İnzibatı ərazi Nümayəndəliyinin təsəsrrüfat kitabındakı çıxarışda qeyd edilir ki, Aida Əşrəf qızının xüsusi mülkiyyətinə 0.12 ha, çoxillik əkmələr üçün 0.38 ha, sahibliyində 0.22 ha torpaq sahəsi olmuşdur. Yerli Bələdiyyə də bu faktı təsdiq edən Arayı təqdim etmişdir. Şəki İnzibati-İqtisad Məhkəməsinin 26.09.2018-ci il tarixli Qərarının 5-ci səhifəsinin 1-ci abzasında əsaslandırma hissəsində qeyd edilmişdir :
“Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan 0.50Ha torpaq sahəsi 146 nömrəli təsərrüfatın üzvü olmuş iddiaçı və oğlunun qanuni istifdəsində olmuşdur. Buna baxmayaraq Əliyev Mübariz Hilal oğlunun adına iddiaçının istifadəsində olan 146 nömrəli təsərrüfatında yerləşən 0.50ha həyətyanı torpaq sahəsinə JN 146 A (kod 40606018) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır ki, bu da qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsininqanuni istifadəçisi və mülkiyyətçisi olduğu halda, həmin torpaq sahəsi üzərində üçüncü şəxsin adına mülkiyyət hüququnu təsdiq edən sənədin hazırlanması qanunsuzdur.
Belliklə məhkəmə hesab edir ki, üçüncü şəxsin mülkiyyətinə həyətyanı torpa sahəsi verilmədiyindən, habelə mübahisə predmeti olan 0.50 ha həyətyanı torpaq sahəi iddiaçı və oğlunun qanuni istifadəsində olmaqla onlaın mülkiyyətində olduğundan inzibati orqanın qanunsuz faktiki xarakterli hərəkətlərinin nəticəsində hazırlanmış JN 146 9 kod 40606018) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ğhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.”
Çox təəssüflər olsun ki, məhkəmə qərarının qəbul edilməsindən və qanuni qüvvəyə minməsindən 10 ay müddət keçsə də mən və oğlum məhkəmə tərəfindən tanınan və saxta şəhadətnaməsi kəğv edilən həyətyanı torpağımızı DƏDRX-nin 9 saylı Ərazi İdarəsində özümüzə təqdim etdiyimiz sənədlər əsasında mülkiyyət sənədi əldə edə bilmirik. Bizi qəsdən get-gələ salırlar. Məhkəmə qərarını icra etmək istəmirlər. İdarənin əməkdaşlarının Mübariz Hilal oğlu ilə gizli sövdələşmə nəticəsində maddi maraqlrın təmin olunması müqabilində verdikləri saxta şəhdətnaməni ləğv etmək istəmirlər. Çünki, hamıya məlumdur ki, üçüncü şəxs də saxta sənəd üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin haramzada əməkdaşlarına verdiyi külli-miqdarda pulu qaytarmaq zorunda qalacaqlar. Bu arada idarəyə yeni rəis Anar müəllimin təyin olunması da işləri bir az da qəlizləşdiri. Bəli, Anar müəllim də mənim yanımda hüquqşünasa dedi ki, Aida xanım haqlıdır, onun mülkiyyətinə sənəd verilməlidir. Gedin məsələni həll edin. Amma nə yazıq ki, rəisin göstərişi havada qalıb. Rəis dediklərinuin açması budur ki, "..məndən əvvəl necə saxtakarlıq tördib vətəndaşa məxsus torpağı başqasına külli-miqdarda pul qarşılığında dədənizin malı kimi satmısınızsa, gedin indi də pulu qaytarın, vətəndaşın da mülkiyyət sənədini verin."
Ona görə də Çoxhörmətli Prezidentdən və Mehriban xanımdan xahişim budur ki, hazırda cəbhə bğlgəsində Vətən torpağını qoruyan oğlum Əliyev Arazın və mənim indiki vəziyyətimizi nəzərə alaraq Şəki İnzibati-İqtisad Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, İş N-2-1(84)-727/2018 saylı qərarının icrasını nəzərə alaraq DƏDRX-nin 9 saylı Ərazi İdarəsindəki arxiv arayışının subyekt siyahısında bizm adımıza 146 nömrə ilə qeydə alınmış 0.50 ha torpaq sahəsinə-bizə məxsus JN seriyalı 146 A (kod 40606018) nömrəli torpağına dair mülkiyyət sənədinin hazırlanıb təqdim edilməsinə köməklik göstərərsiniz və bizə məxsus olmuş əmlakımızı pul qarşılığında qulluq mövqeyindən süi-istifadə etməklə başqasına satmış DƏDRX-nin 9 saylı Ərazi İdarəsi əməkdaşlarının korrupsiya əməllərinə hüqiqi qiymətin verilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.”
Təkcə redaksiyamıza Qəbələ rayonundan iki zərərçəkmiş şəxsdən 2019 və 2024-cü illərdə daxil olmuş müraciətlər və onlara əlavə edilmiş sübutedici sənədlərdən aydın olur ki, həqiqətən də Əmlak Məslələri Dövlət Xidmətinin 9 saylı Ərazi İdarəsində sadə vətəndaşlara qarşı mütəşəkkil korrupsiyalaşmış dəstə formasında hərəkət edərək xüsusi əmlaklarını onların xəbərləri olmadan saxta sənədləşmələrlə rüşvətlər müqabilində başqalarının adlarına rəsmiləşdiriblər. Faciəvi hal budur ki, hər iki epizodda həm Ali Məhkmənin , həm də Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları olsa da, nədənsə, 9 saylı Ərazi İdarəsinin korrupsiyalaşmış mütəşəkkil dəstəsi bilərəkdənmi, ya bilməyərəkdən əhəmiyyət vermədən yalnız öz maddi maraqlarını təmin etmək məqsədilə Azərbaycan Qanunlarını ayaqlar altına salıb tapdalayırlar. Budur, indi də nə vətəndaş Nurlan Abdullayevin 13 iyul 2024-cü il tarixli şikayətinə , nə də bizim redaksiyanın 20 iyul və 14 avqust tarixli təkrar müraciətlərinə məhəl qoymurlar. Sanki, belə də olmalı imiş. Amma korrupsiyalaşmış dəstə unudur ki, biz hüquqi dövlətdə yaşayırıq və kimsə bununla hesablaşmaya bilməz!
Lakin çox təəəssüflər olsun ki, müstəqil dövlətimizdə "Qanun insanlar üçündür, cinayətkarlar üçün deyil" fəlsəfəsilə yaşayan ünsürlərimiz də cəmiyyətimizdə az deyildir.
P.S. Araşdırmalarımızdan və onların yuxarı orqanlar tərəfindən cavabsız qalması ortaya belə bir təbii sual çıxarır: Niyə Əmlak Məslələri Dövlət Xidməti 9 saylı Ərazi İdarəsində baş vermiş cinayətə hüquqi qiymət verilməsi üçün vəzifə borcunu yerinə yetirərək Baş Prokurorluğa bu barədə təqdimat yazmaqda acizlik göstərir???
İfadetv.com-un araşdırma qrupu